İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarının saatı məlum olub


  • 10:15

Bu gün Rusiya-Ukrayna nümayəndələri arasında İstanbulda baş tutacaq danışıqlar Moskva vaxtı ilə saat 10:00-da başlayacaq.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, görüş Dolmabaxça sarayında baş tutacaq.

Danışıqlar mətbuata qapalı olacaq.

Qeyd edək ki, Rusiyanın nümayəndə heyəti artıq Ukrayna nümayəndələri ilə görüşmək üçün İstanbula gəlib.

Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

Humay Eminqızı

Oxşar xəbərlər