- 18:35
Rusiyanın Novosibirsk vilayətinin Sənaye və Ticarət Nazirliyinin rəhbəri səlahiyyətdən sui-istifadə ittihamı ilə həbs edilib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, Novosibirsk Mərkəzi Rayon Məhkəməsi satınalma işində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Novosibirsk vilayətinin sənaye və ticarət naziri Andrey Qonçarovu həbs edib.
Məhkəmə iyulun 13-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Müstəntiqlərin fikrincə, o, dövlət müqaviləsi ilə təhvil veriləcək malların miqdarını azaldıb. Adı açıqlanmayan tədarükləri həyata keçirən şirkətə qarşı dələduzluq üzrə iş açılıb. İstintaq prokurorluq yoxlamasının materialları əsasında aparılıb.
İş üzrə dəymiş ziyan 95 milyon rubl (təxminən 1 milyon dollar) qiymətləndirilir.
Qonçarov günahını etiraf etməyib.
Humay Eminqızı