İstanbulda İŞİD-ə qarşı əməliyyat: 11 nəfər saxlanıldı


  • 13:21

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 11 şübhəli saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə İdarəsinin qrupları İŞİD terror təşkilatının fəaliyyətinin qarşısının alınması və ifşası istiqamətində işlərini davam etdirir.

Bu çərçivədə qruplar münaqişə bölgələri ilə əlaqəsi olduğu və birlikdə hərəkət etdiyi anlaşılan 11 şübhəlinin şəxsiyyətini və ünvanlarını müəyyən edib.

Ünvanlarda eyni vaxtda keçirilən əməliyyatlarda 11 şübhəli saxlanılıb.

Əməliyyatın aparıldığı ünvanlarda qalan və yaşayış icazəsi olmayan 3 nəfər deportasiya olunmaq üçün miqrasiya idarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər