Meksikada ağır qəza: 21 nəfər öldü


  • 13:32

Meksikanın Puebla əyalətində ağır yol qəzası baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Oaxaca və Puebla ştatlarını birləşdirən magistral yolda beton qarışdıran maşın, avtobus və mikroavtobusun toqquşub.

Yerli mətbuat xəbər verir ki, betonqarışdıran maşın başqa bir avtomobili ötmək istəyərkən qarşı zolağa keçib, əvvəlcə avtobusa, daha sonra mikroavtobusa çırpılıb. Sonra yola yuvarlanaraq alovlanıb.

Bölgəyə çoxlu sayda təcili yardım və xilasetmə qrupları göndərilib.

Puebla əyalətinin daxili işlər naziri Samuel Aqilar ən azı 21 nəfərin həyatını itirdiyini, yaralıların xəstəxanalara aparıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər