- 18:35
ABŞ və İran arasında sanksiyaların yumşaldılmasına səbəb ola biləcək potensial nüvə razılaşması gözləntiləri ilə mayın 15-də neftin qiyməti təxminən 2 dollar ucuzlaşıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Belə ki, brent markalı neftin fyuçersləri 2,16 dollar və ya 3,3% ucuzlaşaraq 63,93 dollar/barelə bərabər olub. ABŞ-ın “West Texas Intermediate” (WTI) xam neftinin fyuçersləri 2,10 dollar və ya 3,3 faiz ucuzlaşaraq 61,05 dollar olub. Çərşənbə günü, mayın 14-də hər iki göstərici təxminən 0.8% itirib.
İran rəsmisi bildirib ki, İran iqtisadi sanksiyaların ləğvi müqabilində ABŞ-la razılaşmaya hazırdır.
“Səudiyyə Ərəbistanı ABŞ və İran arasında nüvə danışıqlarını dəstəkləyir və müsbət nəticələrə ümid edir”, - deyə krallığın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əl-Səud bildirib.
Humay Eminqızı