- 21:34
Rusiyanın Tuaps şəhərində yeniyetmələr oğlunu müdafiə edən 65 yaşlı qocanı təpikləyərək döyüblər.
E- huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, zərərçəkmişin qızının sözlərinə görə, atası onun yetkinlik yaşına çatmayan qardaşını götürməyə gedib. Həmin vaxt qardaşının yanında 3 yeniyetmə də olub. Onlar arasında münaqişə yaranıb və digər 3 nəfər qardaşına hücum edərək onu döyməyə başlayıblar. Bu zaman yaşlı kişi onları ayırmağa cəhd edəndə başına zərbə endiriblər. Yaşlı kişi yıxıldıqdan sonra yeniyetmələr onu təpikləməyə davam ediblər.
Zərərçəkmiş başından ciddi zədələr alıb və dişi sınıb. Xəsarətin ağırlığını müəyyən etmək üçün ekspertiza təyin edilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Hadisəni törədənlər məsuliyyətə cəlb olunub. Onlar barəsində hüquqi qiymət veriləcək.
Humay Eminqızı