Türkiyədə güclü zəlzələ oldu


  • 16:57

Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar qonşu vilayətlərdə, o cümlədən paytaxt Ankarada da hiss olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Konya vilayətinin Kulu rayonunda yerli vaxtla saat 15:46-da baş verib. Yeraltı təkanların ocağı 18,73 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələ nəticəsində xəsarət alan və ya dağıntı ilə bağlı məlumat yoxdur.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, sosial media hesabında paylaşım edərək bildirib: “Konya Kulu rayonunda 5,2 bal gücündə bir zəlzələ baş verib. Ətraf vilayətlərdə də hiss olunan bu zəlzələ ilə bağlı AFAD və əlaqədar qurumların bütün komandaları dərhal araşdırmalarına başlayıb. Hazırda hər hansı mənfi hal qeydə alınmayıb. Zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm.”

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər