Ukrayna nümayəndə heyəti İstanbulda atəşkəsi müzakirə etməyi planlaşdırır


  • 18:15

"Ukraynanın nümayəndə heyəti İstanbulda keçiriləcək danışıqlarda atəşkəs məsələsini müzakirə etməyi nəzərdə tutur".

E-huquq.az xəbər verir ki, bunu Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, danışıqların əsas mövzusunun Ukraynanın suverenliyi və təhlükəsizliyi olduğunu qeyd edib və atəşkəsin bütün münaqişə zonalarında tətbiq olunması üçün səylərin artırılacağını vurğulayıb.

Oxşar xəbərlər