Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriya xarici işlər naziri Esad Hasan Şeybani və ABŞ Dövlət katibi Marko Rubio arasında üçtərəfli görüş olub.
E-huquq.az “Habertürk”ə istinadən xəbər verir ki, tərəflər NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü çərçivəsində bir araya gəliblər.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb.
