- 20:54
Türkiyənin paytaxtı Ankara şəhərinin Polatlı rayonunda yerləşən soğan tarlasında 104 il əvvələ aid partlamamış əl qumbarası aşkarlanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, tarlada işləyən fermer Məhəmməd Kara naməlum bir sursat tapıb və dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Hadisə yerinə cəlb olunan jandarma qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görərək əl qumbarasını təhlükəsiz şəkildə zərərsizləşdiriblər.
Mütəxəssislər tərəfindən aparılan ilkin qiymətləndirməyə əsasən, əl qumbarasının 1921-ci ildə baş vermiş Sakarya Meydan Döyüşündən qaldığı ehtimal olunur. Bu tapıntı bölgənin hələ də tarixi hadisələrin izlərini daşıdığını bir daha ortaya qoyub.
Rəsmilər əhalini bu kimi hallarda ehtiyatlı olmağa çağıraraq, şübhəli əşyalarla qarşılaşdıqda dərhal təhlükəsizlik qüvvələrinə məlumat verilməsinin vacibliyini vurğulayıblar.
Şəbnəm Mehdizadə