Türkiyənin bu vilayətində karantin elan olundu


  • 10:59

Türkiyənin Hakkari vilayətinin Derecik rayonunda dabaq xəstəliyinin aşkarlanması ilə əlaqədar olaraq bölgə üzrə bütün heyvanların hərəkətləri müvəqqəti olaraq dayandırılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Hakkari üzrə idarəsi sosial media hesabı vasitəsilə verdiyi açıqlamada Derecikdə dabaq xəstəliyinin təsbit edildiyi bildirilib.

Qeyd olunub ki, bu xəstəlik insanlara birbaşa təsir etməsə də, iribuynuzlu və xırdabuynuzlu heyvanlar, xüsusilə də buzovlar üçün ölümcül nəticələrə səbəb ola bilər.

Açıqlamada, həmçinin qeyd edilib: “Böyük iqtisadi itkilərə yol aça biləcək dabaq xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə elmi əsaslara söykənən karantin tədbirləri çərçivəsində vilayət daxilində və xaricinə bütün heyvan daşımaları qadağan edilib. Qaydaların qorunması təkcə heyvanlarımızın deyil, həm də ətraf mühitin və dolanışıq vasitələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.”

Rəsmilər sakinləri qoyulan qaydalara əməl etməyə və xəstəliyin yayılmasının qarşısının alınmasına dəstək olmağa çağırıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər