Türkiyədə 7 avtomobili sel apardı


  • 11:07

Türkiyənin Osmaniye vilayətində güclü leysan nəticəsində Bülbül dərəsinin daşması 7 avtomobilin sel sularına qapılmasına səbəb olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir sıra əkin sahələri də su altında qalıb.

Günün ikinci yarısında Kadirli və Sumbas rayonlarında başlayan şiddətli yağış qısa müddətdə güclənib. Kadirli rayonunda Bülbül dərəsi yağıntı səbəbilə daşaraq ətraf ərazilərə ziyan vurub.

Dərə yatağına yaxın ərazidə park edilmiş 7 avtomobil güclü axınla birlikdə sürüklənib. Selin təsirinə məruz qalan sahələrdə texnika dəstəyi ilə təmizləmə və xilasetmə işlərinə başlanılıb.

Leysan yağış nəticəsində həmçinin hər iki rayonda çoxsaylı ev və iş yerlərini su basıb. Kadirli ilə Sumbas arasındakı avtomobil yolu isə 20-ci kilometrdən etibarən müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.

Yollarda köməksiz qalan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz ərazilərə təxliyə edilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar ərazidə təmizləmə və qiymətləndirmə işlərini davam etdirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər