İzmirin küçələri zibilə qərq oldu


  • 16 May 15:20

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda bələdiyyə işçilərinin işə çıxmaması səbəbindən küçələrdə zibil yığınları əmələ gəlib.

E-huquq.az Türkiyə Mətbuatına istinadən xəbər verir ki, işçilər maaşlarının bir hissəsinin ödənilmədiyini əsas gətirərək çərşənbə axşamı etiraz aksiyasına başlayıblar.

Eyni gündən etibarən təmizlik işlərində ciddi axsama yaranıb. Küçələrdə pis qoxu yayılıb, zibil yığınları isə səkiləri və yolları tutur.

Bu gün aparılan danışıqlardan sonra maaşların qalan hissəsinin ödənməsi barədə razılıq əldə olunub.

İşçilərin yaxın zamanda aksiyanı dayandıracağı bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər