Ankarada ağır qəza: 14 nəfər yaralandı


  • 16 May 15:27

Türkiyənin paytaxtı Ankarada işçiləri daşıyan mikroavtobusun işıqforda dayanan 4 avtomobilə çırpılması nəticəsində 14 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan 14 nəfərə yerində ilkin tibbi yardım göstərilib və onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Dörd avtomobilə ziyan dəyib.

Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər