Hindistanlı alpinist Everest zirvəsi yaxınlığında ölü tapıldı


  • 16 May 15:30

Hindistanlı dağçı Subrata Qoş dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsinə yaxın ərazidə ölü tapılıb.

E-huquq.az xəbər verir ki, bu barədə "The Himalayan Times" qəzeti məlumat yayıb.

Rəsmilər 45 yaşlı alpinistin eniş zamanı yorğunluq keçirdiyini və yüksək hündürlük xəstəliyinin əlamətlərini göstərdiyini bildiriblər.

Qoşun bələdçisi Palşen Tamanq alpinistin zirvədən endikdən sonra hərəkət etməyi rədd etdiyini deyib.

Hazırda Qoşun nəşinin əsas düşərgəyə gətirilməsi üçün əməliyyatlar davam edir.

Subrata Qoşun ölümü bu mövsüm Everestdə qeydə alınan ikinci ölüm hadisəsidir.

Daha əvvəl Filippinli alpinist Filip Santiaqo Everestin 4-cü düşərgəsində, təxminən 7 min 900 metr yüksəklikdə həyatını itirmişdi. Onun ölüm səbəbinin həddindən artıq yorğunluq olduğu bildirilib. Pis hava şəraiti və logistik çətinliklər səbəbilə Santiaqonun nəşinin düşərgədə qaldığı qeyd edilib.

Son illərdə Everestə dırmaşmaqda zəif planlama və çətin hava şəraiti səbəbilə ölüm hallarının artdığı müşahidə olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər