Dünyaya təsir edən ən güclü Günəş fırtınası 14 min il əvvəl baş verib


  • 16 May 15:40

Elm adamları, təxminən 14 min 300 il əvvəl baş verən kosmik hadisənin indiyə qədər aşkarlanan ən güclü günəş fırtınası olduğunu bildiriblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiyanın Oulu Universitetinin tədqiqatçıları ağaç halqaları və buz qatları üzərində apardıqları analizlər nəticəsində eramızdan əvvəl 12 350-ci ildə böyük bir geomaqnit fırtınasının baş verdiyini müəyyən ediblər.

"SOCOL:14C-Ex" adlı xüsusi bir iqlim modeli ilə aparılan hesablamalara əsasən, bu hadisə müasir peyk dövründə qeydə alınan ən güclü günəş fırtınasından 500 dəfə daha şiddətli olub.

Günəşdən gələn yüklü hissəciklər atmosferlə toqquşaraq karbon-14 səviyyələrində ani artımlara səbəb olur. Bu izlər ağaç halqaları sayəsində minlərlə il əvvələ qədər izlənilə bilir.

Mütəxəssislər, bu hadisənin indiyə qədər məlum olan ən böyük günəş hissəcikləri fırtınası olduğunu və gələcəkdə belə hadisələrin infrastruktur sistemlərinə ciddi təsir göstərə biləcəyini vurğulayıblar.

Araşdırma "Earth and Planetary Science Letters" jurnalında dərc edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər