ABŞ-dakı safari parkında aclıqdan ölmək üzrə olan heyvanlar aşkarlanıb


  • 16 May 15:45

ABŞ-ın Oregon ştatında yerləşən "West Coast Game Park Safari"də heyvanlara qarşı pis rəftar iddiaları səbəbindən polis əməliyyat keçirib.

E-huquq.az xaric KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı aclıqdan ölmək üzrə olan aslanlar və aylarca dondurucuda saxlanılan ölü pələnglər aşkar edilib.

Rəsmi mənbələrin verdiyi məlumata görə, ölü bir pələng aylarla dondurucuda saxlanılıb. Aslanlar ciddi açlıqla mübarizə aparır, bəzi heyvanlar isə heç bir baytarlıq xidmətindən istifadə etmədən həyatını itirir.

Parkda yalnız bir tam iş günü ilə çalışan əməkdaşın 300-dən çox heyvana qulluq etdiyi bildirilir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) yoxlama hesabatlarına əsasən, heyvanların sağlamlıq vəziyyətindən tutmuş təhlükəsizlik tədbirlərinə qədər bir çox sahədə pozuntular aşkar edilib.

Keçmiş illərdən bəri pozuntuların davam etdiyi bildirilir. Belə ki, nazirliyin 18 mart tarixli hesabatında 9 pozuntu aşkarlanıb və bunlardan 7-nin təkrarladığı qeyd edilib. Yoxlama zamanı, yaşlı aslan, dişi aslan və qara Afrika bəbirinin kəskin arıqlamış vəziyyətdə olduğu bildirilib.

1 aprel tarixində yayımlanan ikinci hesabatda da təkrarlanan pozuntuların yer aldığı qeyd olunub. Bu pozuntular arasında təhlükəli heyvanların olduğu məkanlarda səddin yetərsiz hündürlüyü və heyvanların yeməyində gəmirici nəcisinin tapılması da yer alıb.

Parkda əvvəllər ziyarətçilərə bəbir və ayı ilə təmasda olmalarına icazə verilib, bir ayı digərini öldürməyə çalışarkən yanlışlıqla yaralanıb və nəticədə ölüb.

İstintaq hələ də davam edir. Hazırda hər hansı bir cinayət ittihamı irəli sürülməyib.

Polis vətəndaşları bu ərazidən uzaq durmağa çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər