Türkiyənin 10 vilayətində güclü külək xəbərdarlığı


  • 16 May 16:24

Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin cənub-qərb Marmara və Egey bölgələrində gözlənilən güclü küləklə bağlı 10 vilayət üçün "narıncı" və "sarı" xəbərdarlıq yayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün günorta saatlarından etibarən Cənubi Egey bölgəsində, eləcə də Şimali Egeydə, Balıkəsirin qərb hissəsində və Çanaqqalada cənub və cənub-şərq istiqamətlərində küləyin sürətinin 50–80 km/saat olacağı gözlənilir. İzmir, Aydın və Muğla vilayətlərinin qərb və dağlıq ərazilərində küləyin daha da güclənərək 70–90 km/saat sürətlə əsəcəyi ehtimal olunur.

Güclü küləyin bu gecə Cənubi Egey bölgəsində, sabah isə digər ərazilərdə nisbətən zəifləyəcəyi gözlənilir.

Meteoroloqlar vətəndaşları nəqliyyatda gecikmələr, dam örtüklərinin uçması, ağacların aşması və daxili bölgələrdə toz fırtınaları kimi mənfi hallara qarşı ehtiyatlı olmağa çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər