Ukrayna XİN Kiyevin Rusiyadan gözləntilərini açıqladı


  • 16 May 16:28

Ukrayna və Rusiya arasında İstanbulda keçirilən danışıqlarda Kiyev Moskvadan konkret qərarlar, o cümlədən atəşkəslə bağlı qərarlar gözləyir.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa "X" sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi Rusiyanın danışıqlarla bağlı niyyətlərinin ciddiliyini sübut etməsini zəruri hesab edir: "Ukrayna da sülhün xeyrinə işləməyə hazırdır. Rusiya ciddi olduğunu sübut etməli olduğu anı yaşayır. Bizə konkret həll yolları lazımdır. İlk növbədə, ən azı 30 gün müddətinə qeyd-şərtsiz, tam və davamlı atəşkəs haqqında".

Humay Eminqızı

Oxşar xəbərlər