- 16 May 21:18
Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Albaniyanın Baş naziri Edi Rama Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
Zirvə toplantısında iştirak edənlərdən biri də İtaliyanın Baş naziri Corca Meloni olub. Albaniyanın Baş naziri Edi Rama Melonini diz çökərək salamlamaqla hamını təəccübləndirib. Hadisə zamanı Meloni də təəccübünü gizlədə bilməyib və vəziyyəti yumorla qarşılayıb.
"Bunu yalnız mənim boyumda olmaq üçün edir", – deyə zarafat edib.
Meloni Edi Ramanı tez ayağa qaldırmağa kömək edib, daha sonra onu qucaqlayıb.
Şəbnəm Mehdizadə