- 16 May 21:18
Dünyada 295 milyondan çox insan aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Qlobal Qida Böhranı Hesabatında yer alır.
Humanitar yardımların kəsilməsi, münaqişələr, iqlim və iqtisadi sarsıntılar ardıcıl olaraq altıncı ildir ki, dünyada artan aclıq və ərzaq təhlükəsizliyinə səbəb olur.
Hesabatda qeyd olunub ki, 2024-cü ildə qida çatışmazlığından əziyyət çəkənlərin sayı 13,7 milyon nəfər artıb.
Hesabat çərçivəsində təhlil edilən 53 ölkə əhalisinin 22,6 faizinin qida təhlükəsizliyi problemi yaşadığı ifadə edildi.
Hesabata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) çərçivəsində kəskin qida çatışmazlığı ilə üzləşən insanların sayı son bir ildə iki dəfədən çox artıb.
Hesabatda 19 aydır İsrailin hücumu, işğalı və blokadası altında olan Qəzza zolağındakı vəziyyət də açıqlanıb. Bildirilib ki, kəskin ərzaq çatışmazlığı ilə üzləşdiyi müəyyən edilən insanların 95 faizi Qəzza zolağında və ordu ilə hərbiləşdirilmiş qüvvələr arasında qarşıdurmanın davam etdiyi Sudanda yaşayır. Haiti, Mali və Cənubi Sudanda əhalinin böyük hissəsi oxşar ərzaq çatışmazlığı ilə üzləşib.
Şəbnəm Mehdizadə