İsrail Yəmənin üç limanına zərbə endirdi


  • 16 May 20:03

İsrail Müdafiə Qüvvələri Yəmənin qərb sahillərində yerləşən Hodeyda, Ras İsa və Əs-Səlif şəhərlərinə hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbəyə istinadən məlumat yayıb.

“İsrailli bir rəsmi “The Jerusalem Post”a bildirib ki, husilərin İsrailə raket zərbələri endirməyə davam etməsindən sonra İsrail ordusu Yəmənin Hodeyda, Ras İsa və Əs-Səlif limanlarına zərbələr endirib”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, bu zərbələrdən əvvəl İsrail ordusu yerli sakinləri təxliyə olmağa çağırmayıb.

Oxşar xəbərlər