- 16 May 21:18
İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyəti həqiqətən də Ukrayna üçün qəbuledilməz olan bir sıra fikirlər səsləndirdi.
E-huquq.az xəbər verir ki, bu barədə İstanbulda keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.
“Rusiya nümayəndə heyəti qəbuledilməz hesab etdiyimiz bir sıra fikirlər səsləndirdi. İnanın, 2014-cü ildən bəri ruslarla hər cür danışıqlarda böyük təcrübəmiz var. Çoxlu raundlar olub, ona görə də, deyərdim ki, Ukrayna nümayəndə heyəti o tərəfdən səsləndirilə biləcək hər şeyə necə cavab verməli olduğunu yaxşı bilir”, - o deyib.
Tixiyin sözlərinə görə, Ukrayna nümayəndə heyəti prinsipial mövqe nümayiş etdirərək və öz xəttinə sadiq qalaraq bu təkliflərə sakit reaksiya verib.