- 18:17
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün baş tutmamasında Türkiyə məsuliyyət daşımır.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, İstanbulda keçirilən danışıqlar zamanı liderlərin görüşməməsi Türkiyədən asılı olmayan səbəblərlə bağlıdır.
“Putin və Zelenskinin görüşməməsi bizlik deyil,” – o qeyd edib.
Türkiyə Prezidenti əlavə edib ki, münaqişənin həlli üçün bütün əsas liderlərlə yəni Putin, Zelenski və ABŞ Prezidenti Donald Trampla əlaqə saxlanılıb:
“Bu prosesdə aparıcı liderlər var: Putin, Tramp və Zelenski. Biz onların hamısı ilə danışmışıq.”
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılmış, lakin dövlət başçıları səviyyəsində görüş baş tutmamışdı.