- 01:23
Hindistanın şərqindəki Odişa əyalətində ildırım çaxması nəticəsində azı 15 nəfər həlak olub.
E-huquq.az xəbər verir ki, əyalətinin bəzi yerlərində güclü yağış və tufanlar zamanı bir neçə dəfə güclü ildırım çaxıb.
Meteoroloqlar ərazidə pis hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Əhaliyə diqqətli olmaları və lazımi tədbirləri görmələri barədə məlumat verilib.
Hindistanda hər il ildırım çaxması nəticəsində yüzlərlə insan həyatını itirir. Odişa əyalətində son 5 ildə ildırımdan 1418 adam ölüb.