Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb


  • 09:22

Rumıniyada prezident seçkilərinin ikinci turu start götürüb.

E-huquq.az xəbər verir ki, ölkə üzrə təxminən 19 min seçki məntəqəsi açılıb.

Məntəqələr yerli vaxtla saat 07:00-da fəaliyyətə başlayıb və rəsmi olaraq saat 21:00-da bağlanacaq.

Seçkilərdə iştirak üçün ölkə daxilində təxminən 18 milyon seçici qeydiyyatdan keçib. Xaricdə yaşayan rumınlar üçün səsvermə cümə günü başlayıb və üç gün davam edəcək.

Qeyd edək ki, Rumıniyada prezident postu uğrunda iki namizəd (müxalif millətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion və hazırda Buxarestin meri olan, Avropa İttifaqı yönümlü müstəqil namizəd Nikuzor Dan) mübarizə aparır.

Seçkilərin birinci turu 2024-cü ilin 24 noyabrında baş tutmuşdu və millətçi namizəd Kelin Çorçesku ən çox səs toplamışdı. Lakin Konstitusiya Məhkəməsi həmin nəticələri ləğv edərək seçki prosesində qeyri-qanuni maliyyələşmə halları, seçki texnologiyalarına edilən haker hücumları və sübut olunmamış olsa da, ehtimal edilən Rusiya müdaxiləsi səbəbindən səsverməni dayandırmışdı.

Bu qərar Rumıniyada və beynəlxalq ictimaiyyətdə qalmaqal doğursa da, hökumət Konstitusiya Məhkəməsinin qərarını qəbul etmiş və təkrar prezident seçkilərini 4 və 18 may 2025-ci il tarixlərinə təyin etmişdi.

Oxşar xəbərlər