Qəzzanın cənubunda HAMAS lideri Mühəmməd Sinvarın meyiti tapıldı


  • 11:05

Radikal Fələstin HAMAS hərəkatının liderlərindən biri olan Mühəmməd Sinvarın meyiti Qəzza zolağının cənubunda yerləşən tunellərdən birində aşkar edilib.

E-huquq.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, HAMAS-ın sabiq siyasi büro rəhbəri Yəhya Sinvarın qardaşı olan Mühəmməd Sinvar və daha 10 silahlının cəsədi Xan-Yunis şəhərinin altındakı tuneldə tapılıb.

HAMAS hərəkatı bu informasiyanı hələlik rəsmi şəkildə şərh etməyib.

Oxşar xəbərlər