- 19:42
Belçika Ukraynaya 1 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Teo Frankenin məlumat verib.
Onun sözlərinə görə, yardım çərçivəsində Ukraynaya 20 ədəd modernləşdirilmiş Cerber hava hücumundan müdafiə sistemi, yeni artilleriya qülləsi ilə təchiz olunmuş Leopard tankı, 16 mindən çox atıcı silah, təxminən 100 zirehli təcili yardım maşını və Unimog nəqliyyat vasitəsi, 5 pilotsuz dəniz aparatı, müxtəlif dronlar, dəbilqələr, tibbi avadanlıq, pilotsuz uçuş aparatlarını aşkarlayan portativ cihazlar, gecəgörmə eynəkləri, eləcə də kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrindən qoruyucu geyimlər veriləcək.