- 18 May 18:28
Somalinin paytaxtı Moqadişoda Damanyo hərbi bazasında baş vermiş terror hadisəsinin təfərrüatı açıqlanıb.
E-huquq.az xəbər verir ki, qeydiyyatdan keçən gənc əsgərlərin növbəsində kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.
Hücumçu partlayıcını işə salan zaman yeniyetmələr bazanın qapıları önündə növbəyə dayanıblar.
"Partlayış gözümün qarşısında baş verdi. Yüzlərlə yeniyetmə qapı önündə sıraya düzülmüşdülər. Qəfildən qulaqbatırıcı partlayış səsi eşidildi və ətrafı qatı tüstü bürüdü. Hər tərəf qana boyanmışdı" - şahid Abdisalan Mohamed bildirib.