İstanbulda metroda yanğın baş verib, mühafizəçi tüstüdən zəhərlənib


  • 09:40

Türkiyənin İstanbul şəhərində metorda yanğın hadisəsi baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bakırköy-Kayaşehir metro xəttinin Molla Gürani stansiyasında naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları göndərilib.

Dərhal stansiya bağlanıb.

Tüstüdən zəhərlənən mühafizəçiyə tibbi yardım göstərilib.

Yanğınsöndürənlər yanğını nəzarətə götürüb və söndürüblər.

Stansiyada evakuasiya işləri aparılıb.

Sözügedən stansiyanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər