Qəzzaya yardım apararkən hücuma məruz qalan Türkiyə vətəndaşları ölkəsinə qayıdıb


  • 09:43

Qəzzaya yardım aparan və Malta sahillərində PUA hücumuna məruz qalan 5 nəfər Türkiyə vətəndaşı ölkəsinə qayıdıb.

E-huquq.az xəbər verir ki, Qəzzaya humanitar yardım aparan "Conscience (Vicdan)" gəmisində olan 6 Türkiyə vətəndaşının Türkiyəyə qayıtması daha əvvəl təmin edilib.

Beləliklə sözügedən gəmidə olan 11 Türkiyə vətəndaşının hamısı Maltadan ölkəyə qayıdıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, yardım gəmisi mayın 2-də yerli vaxtla saat 00.23-də Malta sahillərində pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Koalisiyaya aid yardım gəmisinə edilən hücum gəminin gövdəsinin qırılmasına səbəb olub və nəticədə yanğın baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər