Türkiyədə mikroavtobus aşıb, ölən və yaralılar var


  • 09:58

Türkiyənin Manisa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, Manisanın Soma rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Əraziyə çoxlu xilasetmə, jandarma, tibb və polis qrupları cəlb edilib.

Avtobusda olan sərnişinlərdən birinin hadisə yerində öldüyü, 13 nəfərin yaralandığı müəyyən edilib.

Yaralılar Soma və Savaştepe dövlət xəstəxanalarına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər