- 17:23
Somalinin Hirşabel əyalətində "Əş-Şəbab" terror təşkilatının 70 terrorçusu zərərsizləşdirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Somali İnformasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 48 saat ərzində ordu ilə terrorçular arasında şiddətli qarşıdurmalar yaşanıb.
Bildirilib ki, hərbi əməliyyatlar zamanı terror təşkilatına ağır zərbə vurulub, 70 terrorçu öldürülüb.
Qeyd edək ki, terrorçular əyalətin Hiran və Orta Şəbab bölgələri arasındakı yaşayış məntəqələrinə intensiv hücumlar təşkil edir.
Şəbnəm Mehdizadə