- 17:23
Nigeriyanın Kvara əyalətində sərnişinləri daşıyan qayığın çayda batması nəticəsində 37 nəfər ölüb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bazardan qayıdan insanları daşıyan qayıq Kvara əyalətinin Qajibo bölgəsində çayda batıb.
Hadisə nəticəsində onlarla insan itkin düşüb.
Qayıqda 150 nəfərin olduğu bildirilib.
Rəsmilər ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Ölənlərin syaının artacağı istisna edilmir.
Şəbnəm Mehdizadə