Oğurladığı avtomobillə qəza törətdi, 5 nəfər yaralandı


  • 11:43

Türkiyənin Kırıkkale şəhərində yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bir bərbər polisə müraciət edərək iş yoldaşı tərəfindən döyüldüyünü, avtomobilinin, pulunun və telefonunun oğurlandığını bildirib.

Şübhəli şəxs oğurladığı avtomobillə qaçmağa çalışarkən qəza törədib. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Bu zaman o, nəqliyyat vasitəsindən düşərək toqquşduğu xidməti avtomobili qaçırmağa çalışıb.

Şübhəli polis tərəfindən saxlanılıb.

Xəstəxanalara çatdırılan yaralıların səhhətinin yaxşı olduğu öyrənilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər