- 17:23
ABŞ-ın keçmiş prezidenti Co Baydendə xərçəng aşkarlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Baydenin ofisindən məlumat verilib.
Bildirilib ki, Co Bayden keçən həftə həkimlər tərəfindən müayinə edilib.
Baydenə "aqressiv" olaraq xarakterizə edilən prostat xərçəngi diaqnozu qoyulub.
Baydenin ailəsi ilə müalicə variantlarını müzakirə etdiyi və tezliklə müalicəyə başlayacağı qeyd olunub.
ABŞ prezidenti Donald Tramp Baydenlə bağlı paylaşım edərək ona şəfa diləyib.
Şəbnəm Mehdizadə