- 17:23
Liviya Milli Birlik Hökuməti Tripolidə əldə olunan atəşkəsin stabil şəkildə davam etdiyini bildirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik yaydığı bəyanatda media qurumlarını öz peşə öhdəliklərini yerinə yetirməyə və çaxnaşma yarada biləcək şayiələri yaymamağa dair çağırış edib.
Nazirliyin baş verənlərlə bağlı rəsmi kanallar vasitəsilə ictimaiyyəti məlumatlandıracağı vurğulanıb.
Qeyd edək ki, Mayın 12-də Liviyanın paytaxtı Tripolidə vəziyyət Mahmud Həmzənin 444-cü Döyüş Briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında toqquşmaların başlaması ilə gərginləşib. Hadisənin gərginləşməsinə baş qərargah rəisi Əbdülqani əl-Kiklinin ölümü səbəb olub.
Baş nazir Əbdülhəmid Dibeybe mayın 13-də yaydığı bəyanatda Tripoli hadisələri zamanı əldə etdikləri uğurlara görə ordu və polis üzvlərini təbrik edib.
Şəbnəm Mehdizadə