Hindistanın hərbi kursantları Everestə qalxıb


  • 12:49

Hindistanın hərbi kursantlarından ibarət 10 nəfərlik komandası dünyanın ən hündür zirvəsi olan Everest zirvəsinə qalxıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hindistan Mətbuat İnformasiya Bürosu (PIB) məlumat yayıb.

Bildirilib ki, 5 qız və 5 oğlandan ibarət komanda mayın 18-19-da zirvəyə yüksəlib.

Həmçinin Pakistan vətəndaşı Sirbaz Xan da bu gün Everest zirvəsinə çatıb. Xan bu nailiyyətlə Everesti fəth edən ilk Pakistan vətəndaşı olub.

Britaniyalı alpinist Kenton Cool isə bu gün Everest zirvəsinə 19-cu yüksəlişini tamamlayıb və öz rekordunu növbəti dəfə yeniləyib.

Cooldan başqa Everesti ən çox fəth edən Nepal Şerpası (yerli bələdçi) Kami Rita zirvəyə düz 30 dəfə qalxan yeganə şəxs kimi tanınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər