Türkiyənin bu vilayətində küçələri donuzlar və siçovullar zəbt edib


  • 13:13

Türkiyənin Muğla şəhərində küçələrdə zibil yığınları əmələ gəlib.

E-huquq.az xəbər verir ki, Muğlanın Marmaris rayonunda vaxtında yığılmayan zibil yığınlarının ətrafına donuzlar toplaşıb.

Marmaris küçələrində dolaşan donuz sürüləri zibil qalaqlarını eşələyərək yemək axtarır.

Donuzlar insanların sağlamlığı üçün təhlükə törətməklə yanaşı, sahibsiz heyvanlara da hücum edirlər.

Ətraf mühitin çirklənməsi küçələrdə siçovulların da artmasına səbəb olub.

Vətəndaşlar bələdiyyə orqanlarının məsələyə kifayət qədər diqqət göstərməməsindən şikayətlənir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər