Hakimin bu addımı məhkəmə tarixində ilk oldu - FOTO


  • 19 May 13:53

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda məhkəmə tarixində ilkə imza atılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Elbistan Kadastr Məhkəməsinin hakimi Selvi Betül Alıcı kadastr işlərinin yerində araşdırılması üçün çətin relyef səbəbilə Jandarma Baş Komandanlığı tərəfindən təmin edilən helikopterlə kəşfiyyata çıxıb. Bu üsul Türkiyədə kadastr məhkəmələri tarixində ilk dəfə tətbiq olunub.

Kənd yerlərində nəqliyyat problemi səbəbindən illərdir yekunlaşa bilməyən kadastr işlərinin həlli prosesi bu addımla ciddi sürət qazanıb. Xüsusilə, 60 ildən çox davam edən bəzi işlərin yeni tətbiq sayəsində daha qısa müddətdə başa çatdırılması hədəflənir.

Ədliyyə Nazirliyinin məhkəmə proseslərinin sürətləndirilməsi və süründürməçiliyin aradan qaldırılması məqsədilə kadastr işlərinə xüsusi diqqət ayırdığı bildirilib. Bu çərçivədə çətin keçilən ərazilərdə daha səmərəli araşdırma işlərinin aparılması üçün alternativ nəqliyyat üsulları dəyərləndirilib.

Jandarma Baş Komandanlığının dəstəyi ilə həyata keçirilən bu üsulun oxşar coğrafi çətinliklərin yaşandığı digər bölgələrdə də nümunə olması gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər