20 milyonluq "Ferrari" yanaraq külə döndü - FOTO


  • 16:31

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan rayonunda 20 milyon lirə dəyərində olan "Ferrari" markalı avtomobil hərəkətdə olarkən qəflətən alovlanıb

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücü dərhal avtomobili dayandıraraq yanğınsöndürmə balonu ilə müdaxilə etməyə çalışıb. Lakin qısa bir zaman sonra avtomobildə partlayış baş verib və "Ferrari" saniyələr içində alovlara bürünüb.

Yangın nəticəsində avtomobil tamamilə yanaraq külə dönüb. Sürücü alovlardan vaxtında qaçaraq xəsarət almadan qurtulub.

Hadisə yerinə dərhal gələn yanğındsöndürənlər yanğına müdaxilə edib, polis isə ətrafda təhlükəsizlik tədbirləri görüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər