Məzmuna keç

Türkiyədə növbəti dəfə güclü zəlzələ oldu

Türkiyənin Aydın vilayətində 3,8 bal gücündə zəlzələ olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə yeraltı təkanlar Aydının Germencik rayonunda, yerli vaxtla saat 15.58-də qeyd alınıb.

Zəlzələnin dərinliyi 8,77 kilometr olaraq müəyyən edilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə