Putinlə Trampın telefon danışığı başa çatdı - YENİLƏNDİ


  • 21:07

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı başa çatdı.

E-huquq.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Telefon danışığı iki saatdan artıq davam edib.

Görüşün nəticələri ilə bağlı Prezidentin sözçücü Dmitri Peskovun ya da Prezident köməkçisi Yuri Uşakovun geniş məlumat verəcəyi bildirilir.

***

20.01

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı hələ də davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Görüş üçün konkret müddət müəyyən edilməyib.

Telefon danışığı Bakı vaxtı ilə saat 19.00-da başlamışdı və bir saatdan artıqdır ki, davam edir.

Vladimir Putinin danışıqları Kremlin "Sirius" təhsil kompleksindən apardığı bildirilir.

***

18:49

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə xarici mediaya məlumat yayıb.

Oxşar xəbərlər