- 18:25
Türkiyənin Mersin şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersinin Toroslar rayonunda audio və vizual sistemlərin istehsal edildiyi fabrikdə naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım və xilasetmə qrupları cəlb edilib.
Yanğının səbəbləri araşdırılır.
Humay Eminqızı