Anasının cəsədini 6 ay evində gizlətdi, onun pensiyasını aldı


  • 10:52

Yaponiyanın Oita şəhərində anasının cəsədini 6 ay evində gizlədən kişi həbs edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin dekabrında 93 yaşlı qadının qohumları onun itkin düşdüyü barədə polisə məlumat veriblər.

2025-ci il mayın 15-də polis əməkdaşları ana və oğlunun yaşadığı evdə döşəmənin altında skelet aşkar ediblər.

Ekspertlərin fikrincə, qadının qalıqları 2024-cü ilin oktyabr-dekabr ayları arasında orada yerləşdirilib.

Dindirilmə zamanı kişi bunu etdiyini etiraf edib.

Ehtimal olunur ki, həmin şəxs işsiz olub və bunu anasının təqaüdünü almaq üçün edib.

Humay Eminqızı

Oxşar xəbərlər