Məzmuna keç

Üç ölkə İsraili sanksiyalarla hədələdi

Kanada, İngiltərə və Fransa İsraili Qəzzada hərbi əməliyyatları dayandırmağa və dərhal humanitar yardımın daxil olmasına icazə verməyə çağırıb. Əks halda cavab sanksiyaları tətbiq etməklə hədələyib.

E-huquq.az UNİAN- istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında üç ölkənin birgə bəyanatında deyilir.

Ölkələr, həmçinin HƏMAS-ı 2023-cü il oktyabrın 7-dən bəri saxladıqları girovları dərhal azad etməyə çağırıb.

Onlar qeyd ediblər ki, İordan çayının qərb sahilində yaşayış məskənlərinin genişləndirilməsi cəhdlərinə də qarşıdırlar: “İsrail qeyri-qanuni olan və Fələstin dövlətinin yaşamaq qabiliyyətinə, israillilərin, eləcə də fələstinlilərin təhlükəsizliyinə xələl gətirən yaşayış məntəqələrinin tikintisini dayandırmalıdır".

Humay Eminqızı