- 18:25
Gürcüstan-Ermənistan sərhədi yaxınlığında zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, məlumatı Gürcüstanın Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Bildirilib ki, zəlzələnin episentri Gürcüstan-Ermənistan sərhəd zonası yaxınlığında, sərhəddən 3 kilometr aralıda yerləşib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5 olub.