Ata 7 yaşlı oğlunu öldürdü, sonra intihar etdi


  • 13:22

Rusiyada 35 yaşlı ata 7 yaşlı oğlunu öldürüb.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, mayın 19-da hüquq-mühafizə orqanlarının əməkdaşları mənzillərin birinə daxil olaraq orada 35 yaşlı ata və 7 yaşlı uşağın cansız bədənini aşkar ediblər.

Müstəntiqlər hadisə yerinə baxış keçirib, qonşular və hadisə şahidləri dindirilib. Məlum olub ki, ata oğlunu öldürdükdən sonra intihar edib.

Hadisənin səbəbləri araşdırılır.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər