Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxması təsdiqləndi


  • 13:28

Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı qanun layihəsini yekun olaraq təsdiqləyib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qanunvericilik orqanının saytında yayımlanan səsvermə zamanı deputatların üçdə ikisindən çoxu sənədin lehinə səs verib.

Sənədi parlamentdə təqdim edən Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, son illər Beynəlxalq Cinayət Məhkəməsi ciddi şəkildə siyasiləşdirilib və beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün müxtəlif dövlətlər tərəfindən istifadə olunmağa başlayıb.

"Macarıstan hesab edir ki, siyasət və geosiyasətə beynəlxalq hüquqi təşkilatlarda yer yoxdur", - nazir bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər