- 18:25
Rusiyanın Sverdlovsk vilayətində məktəbli vəhşicəsinə döyülüb.
E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sverdlovsk vilayətinin Pervouralsk şəhərində 12 yaşlı məktəbli vəhşicəsinə döyülüb.
Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, qızı həmyaşıdları tərəfindən hücuma məruz qalıb. O bildirib ki, qızının üzü qan içində olub, burnu isə şişib.
Valideyinlərin sözlərinə görə, zərərçəkmiş şəxsi bir nəfər döyüb, digərləri isə gülərək hadisəni kamera ilə qeydə alıblar.
Məktəbli xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Pervouralsk polisi hadisə ilə bağlı hələ heçbir məlumat verməyib.
Humay Eminqızı